Şuşa klubunun beynəlxalq arenada debüt edəcəyi tarix dəqiqləşib

Xəbərlər
29 Sentyabr 2023 15:39
132
Şuşa klubunun beynəlxalq arenada debüt edəcəyi tarix dəqiqləşib

Kişi voleybolçulardan ibarət “Xarı bülbül”ün avrokubokda debüt edəcəyi tarix dəqiqləşib.

İdman.biz xəbər verir ki, Şuşa təmsilçisi beynəlxalq arenada ilk qarşılaşmasına oktyabrın 25-də çıxacaq.

Çağırış Kubokunun 1/32 final mərhələsi çərçivəsində Slovakiyanın "Spartak" (Miyava) klubu ilə görüş Bakıda Voleybol Mərkəzində təşkil olunacaq. Matç saat 18:00-da başlayacaq.

Klublar arasında razılığa əsasən, Miyava təmsilçisi “Xarı bülbül”lə cavab oyununa da Bakıda çıxacaq. Slovakların nominal ev sahibi olacaq görüş oktyabrın 26-da, saat 18:00-da start götürəcək.

İdman.biz