Yelizaveta Ruban Rumıniyada klubunu dəyişib

Xəbərlər
28 İyul 2024 10:11
486
Yelizaveta Ruban Rumıniyada klubunu dəyişib

Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Rumıniyada klubunu dəyişib.

İdman.biz xəbər verir ki, o, karyerasını “Alba”da davam etdirəcək.

29 yaşlı oyunçu Blaj təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Ruban son mövsümü "Luqoj"da oynayıb.

İdman.biz