Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsində

Xəbərlər
8 İyul 2024 11:18
400
Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsində

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti açıqlayıb.

Həmyerlimiz 18 yaşadək oğlanlar arasında Avropa çempionatının final mərhələsinin matçlarını idarə edəcək. Yarış iyulun 10-21-də keçiriləcək.

Qeyd edək ki, qitə çempionatı Bolqarıstanın Sofiya və Plovdiv şəhərlərində baş tutacaq.

İdman.biz

Məqalədə: