Son vəsiqə Niderlandın olub

Xəbərlər
16 İyun 2024 22:47
236
Son vəsiqə Niderlandın olub

Paris-2024 Yay Olimpiya Oyunlarında qadın voleybolçular arasında turnirin bütün iştirakçıları bəlli olub.

İdman.biz xəbər verir ki, son lisenziyanı Niderland əldə edib.

“Narıncılar” Millətlər Liqasında ilk "səkkizliy"ə düşərək, bu hüququ əldə ediblər. Komanda həlledici oyunda Cənubi Koreyaya 3:1 hesabı ilə qalib gəlib.

Olimpiadada 12 yığma 3 qrupda mübarizə aparacaq. Qruplarda ilk yeri tutan komandalar və 3-cü yeri tutan ən yaxşı göstəriciyə malik 2 milli 1/4 finala vəsiqə qazanacaq.

Paris-2024 Olimpiadasının bütün iştirakçıları

Fransa, Türkiyə, Braziliya, Serbiya, ABŞ, Dominikan Respublikası, Polşa, İtaliya, Çin, Yaponiya, Keniya, Niderland.

Qeyd edək ki, Olimpiya çempionu titulunun sahibi avqustun 11-də bəlli olacaq.

İdman.biz