“Azərreyl”dən baş məşqçi QƏRARI

Xəbərlər
23 May 2024 12:01
100
“Azərreyl”dən baş məşqçi QƏRARI

Kişi voleybolçulardan ibarət “Azerreyl” yeni mövsüm üçün heyətinin formalaşdırmağa başlayıb.

İdman.biz klubun feysbuk səhifəsinə istinadən məlumat verir ki, Bakı təmsilçisi baş məşqçi postunda dəyişiklik etməyəcək.

Danışıqların yekununa əsasən, Boris Qrebennikov “Azerreyl”də işini davam etdirəcək. Təcrübəli mütəxəssislə müqavilə daha 1 illiyə artırılıb. Onun qarşısına qoyulan əsas hədəf son Azərbaycan çempionunu uğurlara daşımaq və heyətdə olan gənc voleybolçuların inkişafıdır.

Qeyd edək ki, “Azerreyl” Boris Qrebennikovun rəhbərliyi altında ilk dəfə Azərbaycan Yüksək Liqasının qızıl medalını qazanıb.

İdman.biz

Məqalədə: