Yığmamızın hücumçusu: “Bu, bəhanə deyil, amma...”

20 May 2024 11:51
473
Yığmamızın hücumçusu: “Bu, bəhanə deyil, amma...”

“Mövsümdən sonra oyunçularda yorğunluq var. Bu, əlbəttə ki, bəhanə deyil, amma çətinlik yaradan faktordur”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Andrey Vasilenko deyib.

O, Qızıl Avropa Liqasında Ukrayna yığmasına 0:3 hesabı ilə məğlub olduqları qarşılaşmanı dəyərləndirib. Vasilenkonun sözlərinə görə, oynadıqca artıq səhvləri görür və onların üzərində çalışıb aradan qaldırmağa çalışacaqlar: “Setdən-setə oyunumuz inkişaf edir və sonluğu daha yaxşı gətiririk. Lakin qələbə üçün nəsə çatmır, bu isə bizdən asılıdır. Çalışıb vəziyyəti düzəltməyə çalışacağıq”.

Yığmanın hücumçusu bildirib ki, növbəti oyunlar daha çətin olacaq: “Çünki heyətdə yeni voleybolçularımız var və onlar Bakıda ilk dəfə oynadılar. Lakin artıq rəqiblər komandamızın qarşılaşmanı analiz edəcəklər. Bununla belə biz də oyun səviyyəmizi artırırıq və daha yaxşı oynayacağımıza inanıram. Bu iki oyun bizə uyğunlaşmaq üçün kömək oldu, çünki iki ildir ki, bir yerdə oynamırdıq. Son oyunlarda daha yaxşı nəticə göstərə biləcəyimizi düşünürəm”.

Qeyd edək ki, yığmamız ilk qarşılaşmada Rumıniyaya da 0:3 hesabı ilə uduzub.

İdman.biz