Vüqar Bayramov: “Üçüncü setdə daha yaxşı oynadıq”

Müsahibə
19 May 2024 20:31
136
Vüqar Bayramov: “Üçüncü setdə daha yaxşı oynadıq”

“Üçüncü setdə daha yaxşı oynadıq. Demək olar ki, yaxın hesablar oldu - 23:25”.

Bunu İdman.bizə Azərbaycan millisinin voleybolçusu Vüqar Bayramov deyib.

O, Qızıl Avropa Liqasında Ukrayna yığmasına 0:3 (16:25, 16:25, 23:25) hesablı məğlubiyyəti şərh edib. Təcrübəli voleybolçu bildirib ki, rəqib yetərincə güclüdür: “Bu cür qarşılaşmalar millimiz üçün böyük təcrübədir. Çalışacağıq ki, növbəti matçlarda yaxşı oyun göstərək”.

O bildirib ki, bu yarışa cəmi 10 gün ərzində hazırlıq keçiblər: “Ona görə də komandada oyunçular arasında müəyyən anlaşmazlıqlar olur”.

Qeyd edək ki, Azərbaycan yığması növbəti qarşılaşmasını mayın 24-də Belçikada meydan sahiblərinə qarşı keçirəcək.

Banuçiçək Hüseynli
İdman.box