Azərbaycan Rumıniyaya uduzub - VİDEO - FOTO

Xəbərlər
17 May 2024 19:31
363
Azərbaycan Rumıniyaya uduzub - VİDEO - FOTO

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında mübarizəyə başlayıb.

İdman.biz xəbər verir ki, yığmamız bu gün ilk oyununa çıxıb.

Fərid Cəlalovun baş məşqçisi olduğu komanda Bakıda Rumıniya ilə qarşılaşıb. GİN-nin Voleybol Mərkəzində təşkil olunan görüş rəqib qələbəsi ilə başa çatıb. Rumınlar hər 3 setdə güclü olublar.

Qeyd edək ki, millimiz ikinci oyununu mayın 19-da keçirəcək. Yığmamızın rəqibi Ukrayna voleybolçuları olacaq.

Qızıl Avropa Liqası (kişilər)
I mərhələ
17 may
18:00. Rumıniya – Azərbaycan - 3:0 (25:16, 25:16, 25:19)
Hakimlər:
Stanislava Simiç (Serbiya), Aqnieşka Miçliç (Polşa)
GİN-nin Voleybol Mərkəzi

İdman.biz

Məqalədə: