Aynur İmanova: “Zamanımız çox azdır”

Müsahibə
7 May 2024 13:19
Aynur İmanova: “Zamanımız çox azdır”

“Ölkə çempionatı yeni bitib. Bu səbəbdən hazırlaşmaq üçün zamanımız çox azdır”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Aynur İmanova Qızıl Avropa Liqasına hazırlıq məqsədi ilə keçiriləm təlim-məşq toplanışında jurnalistlərə açıqlamasında deyib.

O, Xorvatiyada start götürəcək yarışda iştirak edəcək heyətin hazırlıq durumunu dəyərləndirib: “Xaricdə legioner həyatı yaşayan voleybolçularımızın bəziləri artıq komandaya qoşulublar. Hazırda heyətimizdə əksər oyunçular gənc olsalar da, əlimizdən gəldiyi qədər məşqlər edirik. Toplanışa aprelin 30-da start vermişik. Mayın 9-dan isə Sloveniyada hazırlıq keçəcəyik. Orda da müəyyən yoldaşlıq matçlarında gücümüzü yoxlayacağıq. Çox çalışırıq”.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: