Yığmamızın hücumçusundan Macarıstanda bürünc medal

Xəbərlər
26 Aprel 2024 13:16
125
Yığmamızın hücumçusundan Macarıstanda bürünc medal

Azərbaycan millisinin voleybolçusu Marqarita Stepanenko Macarıstan çempionatının bürünc medalını qazanıb.

İdman.biz xəbər verir ki, hücumçumuzun formasını geyindiyi “Bekeşçaba” 3-cü yer uğrunda seriyada “Mav Elore”yə qalib gəlib.

Həlledici görüşdə Marqaritanın komandası 3:1 hesablı qələbə qazanıb. Bununla da “Bekeşçaba” seriyadakı hesabı 3:2-yə çatdırıb. Stepanenko son matçda 12 xal toplayıb.

Qeyd edək ki, Macarıstan çempionu adını Azərbaycan voleybolçusu Ayşən Abduləzimovanın kapitanı olduğu “Vaşaş” qazanıb.

İdman.biz

Məqalədə: