“Azərreyl”in və Azərbaycan millisinin voleybolçusu Raziyə Əliyevanın İdman.biz saytına müsahibəsi
- Azərbaycan çempionatında növbəti dəfə qızıl medalları qazandız. Mövsümü necə dəyərləndirərdiniz?
- Çempionat ildən-ilə yaxşılaşır. Bu mövsüm yüksək səviyyədə keçdi. Biz də əlimizdən gələni edib, çox çalışıb çempionluğa nail olduq.
- Startda uduzduğunuz “Abşeron”a finalda qalib gəlməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxdız. Sizcə nəyin hesabına çempion olduz?
- Bu uğurda hər birimizin əməyi var. Lakin ən çox əziyyət baş məşqçi Cengiz Akarçeşmeye düşdü. Çünki onun üzərimizdə əziyyəti və əməyi çox olub.
- İlin ən gənc və perspektivli oyunçu adına layiq görüldün. Bu, sürpriz olmadı ki?
- Mükafatı almaqdan çox xoşbəxt oldum. Bunu gözləmirdim. Bu mənim üçün motivasiya oldu. Voleybolumuz üçün daha çox çalışacağam.
- Karyeran ilə bağlı planların nədir?
- Özümü növbəti mövsüm xaricdə göstərmək istəyərəm. Bununla bağlı hələlik danışıqlar davam edir. Ona görə dəqiq bir şey deyə bilməyəcəm.
- Millimizi qarşıda Qızıl Avropa Liqası gözləyir. Bu yarışdan gözləntilərin nədir?
- Düşünürəm ki, çətin olacaq, ancaq qalib gəlmək üçün var gücümüzlə oynayacağıq. Qarşılaşmalara maksimum hazırlaşacağıq.
Banuçiçək Hüseynli
İdman.biz