"Azərreyl"in baş məşqçisinin qələbə şərhi

Xəbərlər
22 Aprel 2024 20:08
141
"Azərreyl"in baş məşqçisinin qələbə şərhi

“Hər iki komanda sonadək başabaş mübarizə apardı”.

İdman.biz xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət “Azərreyl” klubunun baş məşqçisi Boris Qrebennikov deyib.

O, Azərbaycan çempionatının finalında “Murov Az Terminal”a 3:2 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirib. Təcrübəli mütəxəssis bildirib ki, il ərzində Fərid Cəlalovun komandasına qarşı belə gərgin matçları olub: “Hər iki komanda bir-birini yaxşı tanıyır. Bu gün sona kimi mübarizə apardıq və qalib gəldik. İkinci setdə 9:5 hesabla irəli olarkən düşündüm ki, oyunda qalib gələcəyik. Komanda mübarizəsi zəiflədiyi üçün əmin oldum ki, bu matç beşinci setə kimi uzanacaq. Heyətdə müəyyən dəyişikliyin olub-olmaması isə komandanın yeni mövsümə hazırlıq planı zamanı bəlli olacaq”.

Qeyd edək ki, "Azərreyl" ilk dəfə qızıl medal qazanıb.

Banuçiçək Hüseynli
İdman.biz