Azərbaycan çempionatında bürünc medalçı bəlli olub

Xəbərlər
20 Aprel 2024 16:13
187
Azərbaycan çempionatında bürünc medalçı bəlli olub

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında bürünc medalın sahibi bəlli olub.

İdman.biz xəbər verir ki, 3-cü yerin taleyi MOİK və “Neftçi” arasında matçda müəyyənləşib.

Yarımfinalın uğursuzları mövsümü mükafatla bitirmək üçün meydana çıxıblar. GİN-nin Voleybol Mərkəzində keçirilən görüş "Neftçi"nin asan qələbəsi ilə başa çatıb. Onlar "quru hesabla" qalib gəlməklə, Yüksək Liqanı üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, final matçı aprelin 22-də təşkil olunacaq. Həlledici matçda “Azərreyl” və “Murov Az Terminal” qarşılaşacaq.

Yüksək Liqa, kişilər
3-cü yer uğrunda oyun
20 aprel
15:00. MOİK - “Neftçi” - 0:3 (11:25, 15:25, 13:25)

GİN-nin Voleybol Mərkəzi

İdman.biz

Məqalədə: