“Azərreyl”dən asan qələbə

Xəbərlər
15 Aprel 2024 16:52
173
“Azərreyl”dən asan qələbə

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, pley-off mərhələsinin ilk günündə bir matç baş tutub.

MOİK-lə üz-üzə gələn “Azərreyl” asan qələbə qazanıb. “Dəmiryolçular” GİN-in Voleybol Mərkəzində keçirilən matçın taleyini üç setdə həll edib – 3:0.

Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (setlər də bərabər olarsa), finala vəsiqənin sahibi “Qızıl set”də müəyyənləşəcək.

Yüksək Liqa, kişilər
Yarımfinal, 1-ci oyun
15 aprel

15:00. “Azərreyl” – MOİK - 3:0 (25:15, 25:17, 25:12)
GİN-in Voleybol Mərkəzi

İdman.biz

Məqalədə: