Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
İdman.biz xəbər verir ki, Yüksək Liqada günün hər iki matçı eyni saatda başlayıb.
“Murov Az Terminal” VK-nun idman zalında eyniadlı komanda MOİK-i sınağa çəkib. Autsayder ev sahibi olduğu oyunda 0:3 hesabı ilə uduzub. Çempionatın lideri “Azərreyl” “Neftçi”dən güclü olub. "Ağ-qaralar" yalnız 2-ci setdə qələbə qazana biliblər.
Qeyd edək ki, Yüksək Liqada növbəti oyunlara aprelin 8-də start veriləcək.
Yüksək Liqa (kişilər)
4 aprel
Yüksək Liqa (kişilər)
17:00. MOİK - “Murov Az Terminal” - 0:3 (17:25, 17:25, 21:25)
“Murov Az Terminal” VK-nun idman zalı
17:00. “Azərreyl” – “Neftçi” - 3:1 (25:20, 16:25, 25:19, 25:20)
GİN-in Voleybol Mərkəzi (CBC Sport - canlı)
|
Azərreyl |
20 |
16 |
4 |
52-19 |
1671-1481 |
47 |
|
Murov AZ Terminal |
19 |
15 |
4 |
47-23 |
1704-1484 |
43 |
|
Neftçi |
19 |
8 |
11 |
32-37 |
1553-1572 |
25 |
|
Xarı Bülbül Şuşa |
6 |
5 |
1 |
17-7 |
568-495 |
16 |
|
Xarı Bülbül Laçın |
6 |
1 |
5 |
8-15 |
511-528 |
4 |
|
MOİK |
20 |
0 |
19 |
3-60 |
1137-1588 |
0 |
İdman.biz
