"Neftçi" qalib gəlib, lider uduzub

Xəbərlər
27 Mart 2024 19:11
156
"Neftçi" qalib gəlib, lider uduzub

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

İdman.biz xəbər verir ki, Yüksək Liqada günün hər iki matçı eyni vaxtda start götürüb.

“Murov Az Terminal”ın idman zalında MOİK və “Neftçi” üz-üzə gəlib. Oyun "ağ qaralar"ın asan qələbəsi ilə yekunlaşıb - 3:0.

Eyni hesab çempionatın liderləri arasında keçirilən görüşdə də qeydə alınıb. "Azərreyl" gözlənilmədən “Murov Az Terminal”a quru hesabla uduzub. Hər 3 setdə 25:22 hesabı qeydə alınıb.

Qeyd edək ki, Yüksək Liqada növbəti oyunlar martın 29-da baş tutacaq. “Murov Az Terminal” MOİK-lə görüşəcək. Qarşılaşma saat 17:00-da başlanacaq.

Yüksək Liqa (kişilər)
27 mart
17:00. MOİK - "Neftçi" - 0:3 (15:25, 23:25, 17:25)

“Murov Az Terminal”ın idman zalı

17:00. "Azərreyl" - “Murov Az Terminal” - 0:3 (22:25, 22:25, 22:25)
GİN-in Voleybol Mərkəzi

Azərreyl

18

14

4

46-18

1509-1347

41

Murov AZ Terminal

16

12

4

38-22

1462-1294

34

Neftçi

17

8

9

30-31

1384-1389

25

Xarı Bülbül Şuşa

6

5

1

17-7

568-495

16

Xarı Bülbül Laçın

6

1

5

8-15

511-528

4

MOİK

17

0

17

3-51

982-1363

0

İdman.biz