Liderlər üçün asan tur

Xəbərlər
19 Mart 2024 19:04
217
Liderlər üçün asan tur

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

İdman.biz xəbər verir ki, günün hər iki matçı eyni vaxtda start götürüb.

"Murov Az Terminal" VK-nun idman zalında eyniadlı komanda MOİK-i sınağa çəkib. Oyun meydan sahiblərinin asan qələbəsi ilə başa çatıb. Onlar hər 3 setdə qələbəni bayram ediblər.

Yüksək Liqanın lideri "Azərreyl" də turu qələbə ilə başa vurub. "Dəmiryolçular" “Neftçi”dən güclü olublar. "Ağ-qaralar" yalnız sonuncu setdə rəqibə ciddi müqavimət göstərə biliblər.

Yüksək Liqa (kişilər)
19 mart
17:00. “Murov Az Terminal” - MOİK - 3:0 (25:19, 25:18, 25:18)

“Murov Az Terminal” VK-nun idman zalı

17:00. “Neftçi” - “Azərreyl” - 0:3 (19:25, 21:25, 25:27)
GİN-in Voleybol Mərkəzi

Azərreyl

17

14

3

46-15

1443-1272

41

Murov AZ Terminal

15

11

4

35-22

1387-1228

31

Neftçi

16

7

9

27-31

1309-1334

22

Xarı Bülbül Şuşa

6

5

1

17-7

568-495

16

Xarı Bülbül Laçın

6

1

5

8-15

511-528

4

MOİK

16

0

16

3-48

927-1288

0

İdman.biz