Autsayderə 32 xal kifayət etməyib

Xəbərlər
16 Mart 2024 19:52
137
Autsayderə 32 xal kifayət etməyib

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.

İdman.biz xəbər verir ki, günün yeganə matçı "Murov Az Terminal" VK-nun idman zalında baş tutub.

Yüksək Liqanın lideri "Azərreyl" növbəti sınağında autsayder MOİK-i məğlub edib. Qonaq komanda ilk setdə rəqibə ciddi müqavimət göstərib. 66 xalın oynanıldığı seti "dəmiyolçular" 34:32 hesabı ilə üstün bitiriblər. Növbəti setləri də qələbə ilə başa vuran "Azərreyl" liderliyini bir az da möhkəmlədib.

Qeyd edək ki, çempionatın növbəti oyunları martın 19-da baş tutacaq.

Yüksək Liqa (kişilər)
16 mart
17:00. "Azərreyl" - MOİK - 3:0 (34:32, 25:19, 25:23)

"Murov Az Terminal" VK-nun idman zalı

Azərreyl

16

13

3

40-15

1366-1205

38

Murov AZ Terminal

14

10

4

34-22

1312-1193

28

Neftçi

15

7

8

27-28

1264-1257

22

Xarı Bülbül Şuşa

6

5

1

17-7

568-495

16

Xarı Bülbül Laçın

6

1

5

8-15

511-528

4

MOİK

11

0

11

3-33

970-1181

0

İdman.biz