Lider autsayderə şans tanımayıb

Xəbərlər
13 Mart 2024 18:29
165
Lider autsayderə şans tanımayıb

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.

İdman.biz xəbər verir ki, günün yeganə matçı “Murov Az Terminal” VK-nun idman zalında baş tutub.

Bu qarşılaşmada Yüksək Liqanın lideri ilə autsayderi üz-üzə gəlib. Əks qütblərdə yer alan komandaların duelində “Azərreyl” MOİK-i məğlub edib. "Dəmiryolçular" hər 3 setdə qalib gəliblər.

Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” - “Murov Az Terminal” matçı GİN-in Voleybol Mərkəzində baş tutacaq.

Yüksək Liqa (kişilər)

13 mart
17:00. MOİK - “Azərreyl” - 0:3 (13:25, 20:25, 10:25)

“Murov Az Terminal” VK-nun idman zalı

Azərreyl

15

12

3

40-15

1282-1131

35

Murov AZ Terminal

13

9

4

31-22

1237-1133

25

Neftçi

14

7

7

27-25

1204-1182

22

Xarı Bülbül Şuşa

6

5

1

17-7

568-495

16

Xarı Bülbül Laçın

6

1

5

8-15

511-528

4

MOİK

11

0

11

3-33

896-1031

0

İdman.biz