“İdman həftəsi”: Voleybol yarışı başa çatıb - FOTO

Xəbərlər
3 Mart 2024 23:57
250
“İdman həftəsi”: Voleybol yarışı başa çatıb - FOTO

5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib.

İdman.biz xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə gerçəkləşib.

"İdman həftəsi" çərçivəsində təşkil olunan yarışda qadınların mübarizəsində 6, kişilərdə isə 8 komanda qüvvəsini sınayıb. Oyunlar Olimpiya sistemi ilə keçirilib.

Yekun nəticələrə əsasən kişilər arasında Fövqəladə Hallar Nazirliyi birinci olub. İkinci və üçüncü yerlərə müvafiq olaraq SOCAR və AZAL komandaları layiq görülüblər. Qadınlar arasında isə SOCAR, Dövlət Gömrük Komitəsi və AZAL fərqləniblər.

Bağlanış mərasimində Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov çıxış edərək mükafatçıları təbrik edib və qaliblər mükafatlandırılıb.

---------

12:04

5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışına start verilib.

İdman.biz xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə gerçəkləşib.

"İdman həftəsi" çərçivəsində təşkil olunan yarış GİN-in Voleybol Mərkəzində keçirilir. Qadınlarların mübarizəsində 6, kişilərdə isə 8 komanda mübarizə aparır.

Tədbirin keçirilməsində əsas məqsəd voleybol idman növünün inkişaf etdirilməsi və bu idmana olan kütləviliyin təmin olunamasıdır.

Banuçiçək Hüseynli
İdman.biz