Şahin Cəfərov CEV prezidenti ilə görüşüb - FOTO

Xəbərlər
1 Mart 2024 19:26
242
Şahin Cəfərov CEV prezidenti ilə görüşüb - FOTO

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Avropa Voleybol Konfederasiyasının (CEV) rəhbəri Aleksandar Boriçiçlə görüşüb.

İdman.biz xəbər verir ki, tərəflər arasında görüş bu gün Serbiyanın paytaxtı Belqradda baş tutub.

Toplantıda AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri Elqar Bağırov, İlqar Nuriyev, CEV-in vitse-prezidenti Renato Arena və digər rəsmilər iştirak ediblər.

Görüş zamanı ölkəmizdə aşağı yaş qruplarında voleybolçuların yetişdirilməsi üzrə akademiyanın yaradılması ətrafında fikir mübadiləsi aparılıb. Bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi üçün müvafiq işlərin görülməsi qeyd olunub. Məsələ ilə bağlı Beynəlxalq Voleybol Federasiyası ilə də danışıqlar aparılması tövsiyə edilib.

Danışıqlar zamanı əcnəbi məşqçilərin Azərbaycanda müxtəlif seminarlar keçməsi və burada uzunmüddətli çalışması məsələsinə də baxılıb. Danışıqlar zamanı federasiya nümayəndələrinin CEV-ə ezam olunaraq qurumun təcrübəsinin öyrənilməsi, AVF-nin starateji planı və digər əməkdaşlıq məsələləri də müzakirə edilib.

Qeyd edək ki, Avropa Voleybol Konfederasiyasının (CEV) rəhbəri ötən ilin noyabrında Bakıya səfər edib.

İdman.biz