Çimərlik voleybolçularımız Avropa çempionatlarında mübarizə aparacaqlar

1 Sentyabr 2026 13:35
84
Çimərlik voleybolçularımız Avropa çempionatlarında mübarizə aparacaqlar

Azərbaycanın çimərlik voleybolu üzrə milli komandaları sentyabrda keçiriləcək müxtəlif yaş qrupları üzrə Avropa çempionatlarında iştirak edəcəklər.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, ilk olaraq U-20 yığmaları 3-6 sentyabr tarixlərində İtaliyanın Battipaqlia şəhərində təşkil olunacaq qitə birinciliyində mübarizə aparacaq.

Yarışda ölkəmizi oğlanlar arasında İbrahim Məmmədov / Muhamməd Aslanlı, qızlar arasında isə Səbinə Əlizadə / Leyla Əliyeva cütləri təmsil edəcək.

Daha sonra U-22 milli komandaları 10-13 sentyabr tarixlərində İspaniyanın Madrid şəhərində baş tutacaq Avropa çempionatında iştirak edəcəklər. Bu yaş qrupunda da Azərbaycanı oğlanlar arasında İbrahim Məmmədov / Muhamməd Aslanlı, qızlar arasında isə Səbinə Əlizadə / Leyla Əliyeva cütləri təmsil edəcək.

U-18 yığmaları isə 17-20 sentyabr tarixlərində Türkiyənin İzmir şəhərində keçiriləcək Avropa çempionatında mübarizə aparacaq. Bu yarışda oğlanlar arasında Emil Safronov / Tamerlan Tağıyev, qızlar arasında isə Dilarə Ağayeva / Leyla Əliyeva cütü ölkəmizi təmsil edəcək.

İdman.Biz