“Murov” lider olub, "Milli Aviasiya Akademiyası"dan asan qələbə - YENİLƏNİB

Xəbərlər
23 Yanvar 2024 19:18
181
“Murov” lider olub, "Milli Aviasiya Akademiyası"dan asan qələbə  - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında X turun oyunlarına start verilib.

İdman.biz xəbər verir ki, Yüksək Liqada II dövrənin son turunun iki görüşü baş tutub.

Tura GİN-in Voleybol Mərkəzində "Murov Az Terminal" və "Gəncə" qarşılaşması ilə start verilib. Bakı klubu çətinlik çəkmədən qələbə qazanaraq, liderliyə yüksəlib. Meydan shaibləri hər 3 setdə qalib gəliblər.

Autsayderlərin duelində isə "Milli Aviasiya Akademiyası" UNEC-dən güclü olub. Tələbələr növbəti dəfə asanlıqla təslim olublar. Onlar cəmi 37 xal yığa biliblər.

Qeyd edək ki, dövrəyə yanvarın 25-də yekun vurulacaq. Liderlər qrupunda yer alan "Abşeron"la "Azərreyl" üz-üzə gələcək. Oyun "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.

Yüksək Liqa
23 yanvar
17:00. "Murov Az Terminal" - "Gəncə" - 3:0 (25:15, 25:21, 25:17)

GİN-in Voleybol Mərkəzi

18:00. "Milli Aviasiya Akademiyası" - UNEC - 3:0 (25:20, 25:7, 25:10)
UNEC VK-nın idman zalı

Murov Az Terminal

10

8

2

25-9

797-628

23

Azərreyl

9

7

2

24-6

702-538

22

Abşeron

9

7

2

22-11

790-670

20

Gəncə

10

4

6

14-20

711-785

13

Milli Aviasiya Akademiyası

10

3

7

12-21

671-731

9

UNEC

9

0

9

0-27

397-750

0

İdman.biz