Niderland və Portuqaliya qadın voleybol milli komandaları Avropa çempionatında iştirak etmək üçün Bakıya gəliblər.
İdman.Biz xəbər verir ki, qonaq komandaları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Voleybol Federasiyasının əməkdaşları və yarışın təşkilat komitəsinin üzvləri qarşılayıblar.
Hər iki yığma Azərbaycanın ev sahibliyi etdiyi “CEV EuroVolley 2026 Women”in C qrupunda mübarizə aparacaq.
Qrupda yer alan digər milli komandaların isə avqustun 21-də Bakıya gələcəkləri gözlənilir.
