Voleybol üzrə Azərbaycan Yüksək Liqasının 18-ci turuna start verilib - YENİLƏNİB

17 Mart 2026 22:11
487
Voleybol üzrə Azərbaycan Yüksək Liqasının 18-ci turuna start verilib

Voleybol üzrə Azərbaycan Yüksək Liqasının 18-ci turuna start verilib.

İdman.Biz xəbər verir ki, kişilərin yarışında iki matç baş tutub.

Bu görüşlərdə “Ordu” “Murov Az Terminal”a 3:2 (25:21, 20:25, 25:22, 23:25, 20:18), “Neftçi” isə “Gənclər”ə 3:0 (25:18, 25:14, 25:17) qalib gəlib.

Qadınların mübarizəsində “Turan” “Murov Az Terminal”dan üstün olub - 3:1 (25:13, 25:20, 21:25, 25:19).

10:04

Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasının 18-ci turuna start veriləcək.

İdman.Biz xəbər verir ki, kişilərin yarışında iki matç baş tutacaq.

“Neftçi” “Gənclər”lə, “Ordu” “Murov Az Terminal”la üz-üzə gələcək. Görüşlər Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında, müvafiq olaraq saat 16:00 və 18:00-da start götürəcək.

Qadınların mübarizəsində “Murov Az Terminal” “Turan”ın qonağı olacaq. Qarşılaşma Tovuz Olimpiya İdman Kompleksində, saat 17:00-da başlayacaq.

İdman.Biz