Şahin Bağırov: “Gələn il daha yaxşı fəaliyyət ortaya qoymalıyıq” - FOTO

Xəbərlər
27 Dekabr 2023 10:29
208
Şahin Bağırov: “Gələn il daha yaxşı fəaliyyət ortaya qoymalıyıq” - FOTO

"Bu il Azərbaycan dövləti üçün çox önəmlidir. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivədə bir çox işlər görülüb”.

İdman biz xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov qurumun 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, idman sahəsində hər bir insan Ulu Öndərin yubiley ilində öz fəaliyyətində uğurlu addımlar atmağa çalışıb: “Düşünürəm ki, gələn il daha yaxşı fəaliyyət ortaya qoymalıyıq. Bizə hər zaman dəstək göstərən Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirirəm. Azərbaycanda idmana göstərilən qayğı nəticəsində öz işlərimizdə daha çox uğur qazanmağa və bölgələrdə voleybolu inkişaf etdirməyə çalışırıq”.

Qadın voleybolçulardan ibarət milli komandanın baş məşqçi postu ilə bağlı müzakirələr aparıldığını qeyd edən Bağırov voleybolun inkişafında, beynəlxalq arenalarda uğurlu nəticələr göstərməkdə rolu olan Faiq Qarayevi baş məşqçi təyinatı ilə təbrik edib.

O, təcrübəli mütəxəssisə millinin simvolik formasını da təqdim edib.

Banuçiçək Hüseynli
İdman.biz