Federasiya prezidenti məktəblilərin turnirini izləyib

Xəbərlər
26 Dekabr 2023 21:37
192
Federasiya prezidenti məktəblilərin turnirini izləyib

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov bu gün Masallı rayonunda səfərdə olub.

İdman.biz xəbər verir ki, federasiya rəhbəri “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş məktəblilər arasında voleybol turnirinin oyunlarını izləyib.

Ş.Bağırov səfər çərçivəsində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun müdiri Sabiq Cahangirov və digər qonaqlarla birgə Masallı Olimpiya İdman Kompleksində idmançılarla söhbət edib, onlar üçün yaradılan şəraitlə yaxından tanış olub. Şahin Bağırov, uşaq və yeniyetmələrin bu idman növünə cəlb edilməsi istiqamətində görülən işlər haqqında məlumat verib. O, ölkədə voleybolun inkişaf etdirilməsinə yönələn bu və digər layihələrin, tədbirlərin davam etdiriləcəyini də bildirib.

Qeyd edək ki, voleybolun inkişafı çərçivəsində digər bölgələrimizdə də belə görüşlər təşkil ediləcək.

İdman.biz