Qar voleybolu üzrə ölkə kubokunun növbəti oyunları keçiriləcək

Xəbərlər
25 Yanvar 2026 09:40
75
Qar voleybolu üzrə ölkə kubokunun növbəti oyunları keçiriləcək

Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə keçirilən qar voleybolu üzrə qadınlar və kişilər arasında ölkə kubokunda oyunlar davam edir.

İdman.Biz xəbər verir ki, yanvarın 25-də Şahdağ Turizm Mərkəzində turnirin oyun proqramına uyğun olaraq bir sıra qarşılaşmalar baş tutacaq.

Qadınlar arasında saat 10:00-da “Gəncə” - “Milli” oyunu keçiriləcək. Ardınca 10:30-da “Milli-2” - “Qaraqaya”, 11:00-da isə “AZERRAIL” - “Gəncə” qarşılaşmaları oynanılacaq.

Kişilər arasında saat 11:30-da üçüncü yer uğrunda “Gənclər” - “Baku Fires” görüşü keçiriləcək. Saat 12:00-da isə “Qaraqaya” - “AZERRAIL” final oyunu baş tutacaq.

Qeyd edək ki, bütün qarşılaşmalar Şahdağ Turizm Mərkəzində təşkil olunacaq.

İdman.Biz