Raziyə Əliyeva: “Çatışmazlıqları analiz etməyə başladıq və ...” - MÜSAHİBƏ

Müsahibə
22 Dekabr 2023 11:00
446
Raziyə Əliyeva: “Çatışmazlıqları analiz etməyə başladıq və ...” - MÜSAHİBƏ

“Azərreyl”in voleybolçusu Raziyə Əliyevanın İdman.biz saytına müsahibəsi

- Azərbaycan Yüksək Liqasında ilə yekun vurulub. 7 turdan sonra turnir cədvəlində lidersiz. Çıxışınızı necə şərh edərdiz?

- Bu mövsüm ölkə çempionatında komandaların sayı artıb. Hər bir klubda artıq güclü voleybolçular yer alır. Buna görə də hər oyuna maksimum səviyyədə ciddi yanaşırıq. İli birinci yerdə bitirdiyimizə görə çox xoşbəxtəm.

- Amma mövsümə məğlubiyyətlə başlamışdız. İlk oyundan sonra ardıcıl qələbələrin nəyin hesabına əldə etdiz?

- İlk oyunda bir sıra səhvlərə yol vermişdik. Lakin sonra çatışmazlıqları analiz etməyə başladıq. Hər bir səhvin üzərində yenidən çalışdıq. Məşqlərə nizam-intizamla yanaşdıq və bütün bunların nəticəsində də qələbələrimizi sıraladıq.

- İkinci dövrdə yeganə məğlub olduğunuz “Abşeron”la bir daha qarşılaşacaqsız. Revanş almaq çətin olmayacaq?

- "Abşeron"la oyuna yaxşı şəkildə hazırlaşacağıq. Onlara qarşı mübarizə aparmaq, qələbə qazanmaq üçün yaxşı şanslarımız var. Komandamıza güvənirəm. Bu matçda da üzüağ çıxacağımıza inanıram.

- Onda “Azərreyl”un titulunu qoruyacağına əminsiz?

- Təbii ki, biz bunun üçün çalışırıq. Öz liderliyimizi qoruyub saxlamaq üçün nə lazımdırsa edəcəyik.

- Bəs bunun üçün yeni transferə ehtiyac var, yoxsa hazırkı heyət kifayət edəcək?

- Fikrimcə, komandamızda çox yüksək səviyyəli oyunçular çıxış edir. Hər birinin yüksək potensialı və təcrübəsi var. Buna görə də yeni oyunçuya ehtiyac yoxdur.

Banuçiçək Hüseynli
İdman.biz