Voleybol üzrə Azərbaycan Yüksək Liqasında 10-cu turun oyunları baş tutub - YENİLƏNİB

22 Yanvar 2026 21:48
187
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında 10-cu turun oyunları baş tutub

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında 10-cu turun matçları baş tutub.

İdman.Biz xəbər verir ki, kişilərin yarışında “Neftçi” “Azərreyl”li 3:0 (25:23, 25:15, 25:20) hesabı ilə üstələyib.

Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında start götürüb.

Qadınların mübarizəsində isə “Azərreyl” “Gəncə”yə 1:3 (19:25, 25:21, 19:25, 23:25), “Abşeron” isə “DH Volley” kollektivinə 0:3 (20:25, 21:25, 11:25) hesabı ilə məğlub olub.

Hər iki oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilib.

10:27

Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasında 10-cu turun oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, kişilərin yarışında “Neftçi” “Azərreyl”lə qarşılaşacaq.

Görüş saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında start götürəcək.

Qadınların mübarizəsində isə tura saat 16:00-da “Azərreyl” - “Gəncə” matçı ilə start veriləcək. Günün ikinci görüşü saat 18:00-da “Abşeron” və “DH Volley” arasında baş tutacaq.

Qeyd edək ki, hər iki oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.

İdman.Biz