Azərbaycan Yüksək Liqasında 10-cu tur start götürüb - YENİLƏNİB

21 Yanvar 2026 20:52
197
Azərbaycan Yüksək Liqasında 10-cu tur start götürüb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 10-cu tura start verilib.

İdman.Biz-in məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk oyununda “Ordu” “Gənclər”i 3:0 (25:15, 25:18, 25:16) hesabı ilə üstələyib.

Daha sonra “Xilasedici” “Murov Az Terminal” komandasını məğlub edib - 3:0 (25:20, 25:20, 25:19)

Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutub.

09:55

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 10-cu tura start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.

Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

Saat 16:00-da “Ordu” “Gənclər”lə, 18:00-da isə “Murov Az Terminal” “Xilasedici” ilə münasibətləri aydınlaşdıracaq.

İdman.Biz