Raziyə Əliyeva çempion olacaqlarına inanır

Müsahibə
20 Dekabr 2023 16:38
245
Raziyə Əliyeva çempion olacaqlarına inanır

“Gəncə” ilə matçda çox yaxşı oyun nümayiş etdirdik”.

İdman.biz xəbər verir ki, bunu Voleybol Federasiyasının mətbuat xidmətinə “Azərreyl”in toppaylayıcısı Raziyə Əliyeva deyib.

O bildirib ki, 3:0 hesabı ilə qalib gəldikləri matçın ilk setində zəif oynasalar da, ardınca inamlı mübarizə aparıblar: “Azərbaycan Yüksək Liqasında 7 oyundan sonra “Abşeron”la xallarımız bərabər olsa da, set fərqində onlardan öndəyik. İnanıram ki, yeni ildən daha yaxşı oyun nümayiş etdirəcəyik. Mövsümü çempion kimi başa vuracağımıza inanıram”.

Qeyd edək ki, “Azərreyl” Azərbaycan çempionatında 18 xalla turnir cədvəlində birincidir.

İdman.biz