“Azərreyl”in baş məşqçisi: “Çempion olmaq üçün var gücümüzlə çalışacağıq”

Müsahibə
20 Dekabr 2023 12:50
211
“Azərreyl”in baş məşqçisi: “Çempion olmaq üçün var gücümüzlə çalışacağıq”

“İlk mərhələni geridə qoyduq. Sevindirici haldır ki, heç bir voleybolçumuzun zədəsi yoxdur”.

İdman.biz xəbər verir ki, bunu Voleybol Federasiyasının mətbuat xidmətinə qadınlardan ibarət “Azərreyl”in baş məşqçisi Cengiz Akarçeşme deyib.

Türkiyəli mütəxəssis 2023-cü ildə Azərbaycan Yüksək Liqasında 7 oyunu dəyərləndirib. O bildirib ki, onları qarşıda daha ciddi görüşlər gözləyir: “Hazırda birinci pillədəyik. Amma bu, son deyil. Qarşıda oyunlarımız olacaq. Çünki çempionat yeni ildən sonra davam edəcək və çox çalışıb, səhvlər buraxmamalıyıq. Rəqiblərimiz güclüdür”.

Onun sözlərinə görə, Azərbaycan voleybolu hazırda inkişafdadır: “Bu sahədə ciddi işlər görülür. UNEC komandası gənclərdən qurulub. Komanda yerli gənc voleybolçular təşkil olunub. Sevindirici hallardan biri də odur ki, voleybolçumuz Raziyə Əliyeva azərbaycanlıdır və özünü inkişaf etdirməyə çalışır. Komandamızda çatışmazlıqlar da var. İlk matçda məğlub olmuşduq. Ondan sonra öz üzərimizdə çalışmaq imkanı tapdıq. Yeni ildə də daha çox işləyib, bu uğurumuzu çempionluqla bitirmək üçün var gücümüzlə çalışacağıq”.

Qeyd edək ki, “Azərreyl” Azərbaycan çempionatında 18 xalla turnir cədvəlinə liderlik edir.

İdman.biz

Məqalədə: