Azərbaycan millisinin voleybolçusu Qətər klubuna keçib

Xəbərlər
5 Yanvar 2026 15:59
88
Azərbaycan millisinin voleybolçusu Qətər klubuna keçib

Kişilərdən ibarət Azərbaycan millisinin voleybolçusu Andrey Melnikov karyerasını Qətərdə davam etdirəcək.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə oyunçunun özü məlumat verib.

O, “Əl-Rayyan” komandası ilə anlaşdığını bildirib.

Qeyd edək ki, Andrey Melnikov son olaraq “Xilasedici”də çıxış edib.

İdman.Biz