Naxçıvan şəhərində Azərbaycan və Türkiyə komandalarının iştirakı ilə yeniyetmə oğlanlar və qızlar arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Suverenlik kuboku” uğrunda voleybol birinciliyi başa çatıb.
İdman.Biz bildirir ki, oğlanlar arasında yarışın qalibi “Gənc Milli Oğlanlar” komandası olub.
Final qarşılaşmasında “Murov Az Terminal” komandası ilə üz-üzə gələn “Gənc Milli Oğlanlar” rəqibinə 3:0 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıb.
Üçüncü yer uğrunda oyunda “Naxçıvan” komandası “İğdır”a 3:0 hesabı ilə qalib gəlib.
Qızlar arasında isə "Suverenlik kuboku”nun qalibi “Gənc Milli Qızlar” komandası olub.
Həlledici qarşılaşmasında “Möminə Xatun” komandası ilə üz-üzə gələn “Gənc Milli Qızlar” komandası görüşü 3-0 hesabı ilə başa vurub.
Üçüncü yer uğrunda mübarizədə Türkiyənin İzmir şəhərini təmsil edən “Altınordu” komandası “Milli Aviasiya Akademiyası”ndan üstün olub – 3:0.
