Çinin ev sahibliyi etdiyi qadın voleybolçular arasında FİVB dünya klublararası dünya çempionatında finalçılar bəlli olub.
İdman.biz xəbər verir ki, yarımfinalda yerli “Tianjin”i 3:0 məğlub edən “Vakıfbank” həlledici görüşdə iştirak hüququ qazanıb.
Onların qızıl medal uğrunda rəqibi digər Türkiyə klubu - “Eczaçıbaşı” olacaq. İstanbul təmsilçisi yarımfinalda Braziliya “Praya”sına 3:1 hesabı ilə qalib gəlib.
Bu, klublararası dünya çempionatın ilk Türkiyə finalı olacaq.
Qeyd edək ki, həlledici qarşılaşma dekabrın 17-də olacaq.
İdman.biz