Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI turun oyunları keçirilib - YENİLƏNİB

Xəbərlər
11 Dekabr 2025 20:29
94
Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI turun oyunları keçirilib - YENİLƏNİB

Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI turun oyunları keçirilib.

İdman.Biz bildirir ki, qadın voleybolçular arasında iki oyun baş tutub.

“Turan” Tovuz Olimpiya İdman Kompleksində “Milli Aviasiya Akademiyası”na, UNEC kollektivi isə Azərbaycan Voleybol Federasiyasının idman zalında “Gənclər”ə 3:0 hesabı ilə qalib gəlib.

Kişilərin yarışında isə “Ordu” “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.

Bu matç Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunub.

Qeyd edək ki, qadınların Yüksək Liqasında altıncı turun “Murov Az Terminal” – “Abşeron” qarşılaşması təxirə salınıb. Kişilərin mübarizəsində altıncı tura dekabrın 13-də yekun vurulacaq.

11:12

Bu gün qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında altıncı turun oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, qadın voleybolçular arasında iki qarşılaşma baş tutacaq.

Kişilərin mübarizəsində isə bir oyun keçiriləcək.

Yüksək Liqa
Qadınlar
Altıncı tur
11 dekabr
14:00. “Turan” - “Milli Aviasiya Akademiyası”

Tovuz Olimpiya İdman Kompleksi

18:00. “Gənclər” - UNEC
Azərbaycan Voleybol Federasiyasının idman zalı

Kişilər
11 dekabr
17:00. “Ordu” - “Neftçi”

Fövqəladə Hallar Nazirliyinin idman zalı

Qeyd edək ki, qadınların Yüksək Liqasında altıncı turun “Murov Az Terminal” - “Abşeron” qarşılaşması təxirə salınıb. Kişilərin mübarizəsində altıncı tura dekabrın 13-də yekun vurulacaq.

İdman.Biz