Azərbaycanın U-18 voleybol millisi Latviyaya yollanıb

Xəbərlər
18 Noyabr 2025 10:32
43
Azərbaycanın U-18 voleybol millisi Latviyaya yollanıb

Bu gün 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Latviyaya yola düşüb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.

20-23 noyabr tarixlərində Latviyanın Daugavpils şəhərində keçiriləcək yarışda komandamız B qrupunda mübarizə aparacaq.

Rəqiblərimiz Estoniya və Ukrayna yığmalarıdır.

U-18 millimizin heyəti:
Baş məşqçi: Cahangir Seyed Abbasi
Məşqçi: Akif Vəliyev
Oyunçular: Elvin Qədirli, Əlihüseyn Məmmədov, Əli Həmzəyev, İsmayıl Abbasov, Okan İsayev, Məhəmməd Orucov, Zamiq Mayılov, İslam Zamanov, Orxan Aslanzadə, Daniil Belov, Rafiq Rzayev, Elvin Abdullayev, Turan Qəhrəmanlı, Məhəmməd Bayramov.

İdman.Biz