Noyabrın 7-21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunacaq voleybol yarışlarının təqvimi açıqlanıb.
İdman.Biz xəbər verir ki, təqvimə əsasən, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin rəqibləri və oyunların başlama saatları müəyyənləşib
Milli noyabrın 4-də mübarizəyə start verəcək. Komanda Tacikistan, İran, Türkiyə və Əfqanıstan yığmaları ilə qarşılaşacaq. Voleybol yarışlarına noyabrın 13-də yekun vurulacaq.
Milli komandamızın oyun cədvəli:
4 noyabr
15:00. Azərbaycan - Tacikistan
6 noyabr
15:00. Azərbaycan - İran
9 noyabr
18:00. Azərbaycan - Türkiyə
12 noyabr
15:00. Azərbaycan - Əfqanıstan
