İranlı voleybolçunu hoteldə elektrik cərəyanı vurdu, beyin ölümü gerçəkləşib

Xəbərlər
30 Oktyabr 2025 14:44
40
İranlı voleybolçunu hoteldə elektrik cərəyanı vurdu, beyin ölümü gerçəkləşib

Qətərin “Al-Rayyan” klubunun iranlı voleybolçusu Saber Kazeminin beyin ölümü gerçəkləşib.

İdman.Biz xəbər verir ki, bu barədə İran Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, Kazeminin həyatı texniki cihazlarla dəstəklənir və həkim nəzarətində saxlanılır.

Saber Kazemini Qətərdəki hotelin hovuzunda elektrik cərəyanı vurub. 2025-ci ildən Qətər klubunda çıxış edən voleybolçu İran milli komandası ilə Asiya çempionu və ikiqat Asiya Oyunlarının qalibi olub.

İdman.Biz