Nərgiz İsmayılovaya Çempionlar Liqasında vəzifə verildi

Xəbərlər
22 Oktyabr 2025 17:43
32
Nərgiz İsmayılovaya Çempionlar Liqasında vəzifə verildi

Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssis Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərib.

İdman.Biz xəbər verir ki, o, qadınlar arasında Çempionlar Liqasının ilkin mərhələsinin "Olimpiakos" (Yunanıstan) - "Asteris Avo Beveren" (Belçika) oyununda iştirak edəcək.

N.İsmayılova Yunanıstanın Afina şəhərində baş tutacaq görüşdə supervayzer kimi hakimlərin fəaliyyətini qiymətləndirəcək.

Qeyd edək ki, qarşılaşmanın hakimləri serbiyalı Deyan Roqiç və bolqarıstanlı Aleksandar Vinaliev olacaq.

İdman.Biz