“Abşeron”un yeni baş məşqçisi bəlli oldu

Xəbərlər
28 Sentyabr 2025 21:39
42
“Abşeron”un yeni baş məşqçisi bəlli oldu

Qadın voleybolçulardan ibarət “Abşeron” komandasının yeni baş məşqçisi məlum olub.

İdman.biz xəbər verir ki, bu vəzifəyə Haluk Korkmaz gətirilib.

Türkiyəli mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Onun köməkçisi bolqarıstanlı Blaqovest Todorov olacaq.

Korkmaz son olaraq ölkəsində “Nilüfer Belediyespor”da işləyib.

İdman.biz