Voleybol üzrə dünya çempionatında yarımfinalçılar müəyyənləşib

Xəbərlər
25 Sentyabr 2025 19:47
55
Voleybol üzrə dünya çempionatında yarımfinalçılar müəyyənləşib

Filippində keçirilən kişi voleybolçular arasında 2025-ci il dünya çempionatının 1/4 final mərhələsinə yekun vurulub.

İdman.biz bildirir ki, bu mərhələnin ən gözlənilməz nəticəsi Bolqarısan-ABŞ görüşündə alınıb.

Oyunun gedişində 0:2 hesabı ilə məğlub olan bolqarlar geridönüş edərək 3:2 hesabı ilə qələbə qazanıblar. Onlar yarımfinalda Çexiya millisi ilə qarşılaşacaqlar. Çexiyalılar 1/4 finalda İranı məğlub ediblər - 3:1.

Digər yarımfinal cütlüyünü Polşa və İtaliya milliləri təşkil ediblər.

İtalyanlar son dünya çempionudurlar.

İdman.biz