Bu gün Filippində keçirilən kişilər arasında FIVB voleybol üzrə 2025-ci il dünya çempionatında 1/8 final mərhələsinin oyunları olub.
İdman.biz bildirir ki, günün ilk qarşılaşmasında Bolqarıstan və Portuqaliya milliləri üz-üzə gəliblər. Qarşılaşma 3:0 bolqarların xeyrinə bitib.
İkinci görüşdə isə ABŞ Sloveniyanı məğlub edib - 3:1. Günün qalibləri 1/4 finalda bir-biriləri ilə rastlaşacaqlar.
Polşa, Türkiyə, İtaliya və Belçika daha əvvəl turnirin bu mərhələsinə yüksəliblər. Son iki 1/4 finalçı sabah müəyyənləşməlidir. Sabah Tunis Çexiya, Serbiya isə İranla qarşılaşacaq.
Sentyabrın 12-dən 28-dək Filippində 2025-ci il FIVB kişilər arasında voleybol üzrə dünya çempionatı keçirilir. Hazırda titulun sahibi İtaliyadır.
İdman.biz