“Turan Tovuz” - “Kəpəz”ə, “Sabah” - “Sumqayıt”a qarşı

Xəbərlər
28 Sentyabr 2025 09:00
48
“Turan Tovuz” - “Kəpəz”ə, “Sabah” - “Sumqayıt”a qarşı

Bu gün Misli Premyer Liqasında VI tura yekun vurulacaq.

İdman.biz xəbər verir ki, turun son günündə 2 oyun keçiriləcək.

Günün ilk matçına Bakıda start veriləcək. “Turan Tovuz” komandası “Azersun Arena”da “Kəpəz”i qəbul edəcək.

Turun son oyunu isə “Bank Respublika Arena”da başa çatacaq. “Sabah” “Sumqayıt”la qarşılaşacaq.

Misli Premyer Liqası
VI tur
28 sentyabr (bazar)


16:30. “Turan Tovuz” - “Kəpəz”
Baş hakim:
İnqilab Məmmədov
Azersun Arena

19:00. “Sabah” - “Sumqayıt”
Baş hakim:
Əliyar Ağayev
Bank Respublika Arena

Qeyd edək ki, turun daha əvvəl keçirilmiş oyunlarda “Qarabağ” “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəlib. “İmişli” – “Zirə” (1:1), “Şamaxı” – “Araz-Naxçıvan” (1:1) və “Neftçi” – “Karvan-Yevlax” (0:0) matçlarında isə qalib müəyyənləşməyib.

İdman.biz