İtaliya voleybolçuları beşinci dəfə dünya çempionu oldular

Xəbərlər
28 Sentyabr 2025 17:56
123
İtaliya voleybolçuları beşinci dəfə dünya çempionu oldular

Bu gün Filippində kişi voleybol komandaları arasında dünya çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, turnirin qalibi İtaliya millisi olub.

Finalda italiyalılar Bolqarıstanı 3:1 (25:21, 25:17, 17:25, 25:10) hesabı ilə məğlub ediblər. Bu, İtaliya yığmasının tarixdə beşinci dünya çempionluğu olub.

Üçüncü yer uğrunda oyunda Polşa millisi Çexiyanı eyni hesabla – 3:1 məğlub edərək, dünya çempionatının bürünc medalını qazanıb.

Qeyd edək ki, dünya çempionatında ən çox qızıl medalı SSRİ millisi qazanıb - 6 dəfə.

İdman.Biz