Misli Premyer Liqasında VI turun oyunları davam edir.
İdman.biz xəbər verir ki, tur çərçivəsində bu gün daha iki qarşılaşma baş tutacaq.
Günün ilk matçı bölgədə keçiriləcək. “Şamaxı” öz neydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. Elmar Baxşıyevin komandası səfərdən 3 xalla dönəcəyi təqdirdə ilk pilləyə yüksələ bilər. Ancaq “Şamaxı” da asan təslim olanlardan deyil. Ayxan Abbasovun komandası rəqibə qarşı sonadək mübarizə aparmağa çalışacaq.
Növbəti oyun Bakıda baş tutacaq. “Neftçi” “Karvan-Yevlax”la üz-üzə gələcək. Ötən tur qələbə həsrətinə son qoyan paytaxt təmsilçisi 6 xalla 8-ci, Yevlax klubu isə 4 xalla 11-ci yerdədir.
Misli Premyer Liqası
VI tur
27 sentyabr
15:30. “Şamaxı” – “Araz-Naxçıvan”
Baş hakim: Rəşad Əhmədov
Şamaxı şəhər stadionu
19:00. “Neftçi” – “Karvan-Yevlax”
Baş hakim: Kamranbəy Rəhimov
“Neftçi Arena”
Qeyd edək ki, daha öncə keçirilmiş “İmişli” – “Zirə” matçında qalib müəyyənləşməyib – 1:1. “Qarabağ” isə “Qəbələ”ni 2:0 hesabıyla yenib.