“Benfika”nın prezidenti Rui Kosta komandanın baş məşqçisi Joze Mourinyonun maaşı ilə bağlı danışıb.
İdman.biz xəbər verir ki, o, bu barədə “A Bola”ya açıqlama verib.
“İlk mövsümündə üç milyon avro, ikinci mövsümündə isə dörd milyon avro? Bəli, təxminən o qədərdir. Bu, Mourinyonun Portuqaliyadan ayrıldıqdan sonra aldığı ən kiçik maaşdır. Onun “Benfika”da işləmək istəyi məni inandırdı ki, o, hazırda klub üçün mükəmməl seçimdir”, - deyə Rui Kosta bildirib.
Qeyd edək ki, “Benfika” bu mövsüm Mourinyonun rəhbərliyi altında 3 oyun keçirib, 2 qələbə qazanıb və 1 heç-heçə edib.