Lionel Messidən Busketsə VİDA MESAJI

Xəbərlər
27 Sentyabr 2025 11:30
100
Lionel Messidən Busketsə VİDA MESAJI

Argentina millisinin kapitanı və “İnter Mayami”nin hücumçusu Lionel Messi komanda yoldaşı Serxio Busketsin mövsümün sonunda karyerasını bitirmək qərarına münasibət bildirib.

İdman.biz xəbər verir ki, bu barədə ulduz futbolçu sosial şəbəkə hesabında yazıb.

Messi Buskets haqqında həyəcan dolu sözlər ifadə edib: “Demək olar ki, başlanğıcdan sona qədər birlikdə olduq… Sənin futbolundan zövq almaq böyük şərəf idi, Busi. Qarşıda hələ bir az vaxtımız qalıb”.

Qeyd edək ki, Messi və Buskets “Barselona”nın gənclər və əsas komandasında 13 mövsüm, “İnter Mayami”də isə tam bir mövsüm birlikdə çıxış ediblər. Buskets dünya futbolunun ən titullu oyunçularından biridir – onun aktivində 30-dan çox kubok və medal var.

İdman.biz