La Liqa: "Atletiko"dan əzmkar qalibiyyət - VİDEO

Xəbərlər
25 Sentyabr 2025 01:49
91
La Liqa: "Atletiko"dan əzmkar qalibiyyət - VİDEO

İspaniya La Liqasında 6-cı turun oyunları baş tutub.

İdman.biz xəbər verir ki, "Xetafe" "Alaves"i qəbul edib. Oyun heç-heçəylə nəticələnib - 1:1.

"Atletiko Madrid" öz meydançasında "Rayo Valekano"nu qəbul edib. Oyunun 15-ci dəqiqəsində "Atletiko"nun oyunçusu Alvares hesabı açıb - 1:0. Birinci hissəyə artırılmış ilk dəqiqədə Çavarria cavab topunu vurub - 1:1.

İkinci hissədə Qarsia qonaqları irəli çıxarıb - 1:2. 80-ci dəqiqədə Alvares oyunda özünün ikinci topunu vurub - 2:2. 88-ci dəqiqədə isə Alvares het-trikə imza ataraq komandasına qələbə gətirib - 3:2.

"Real Sosyedad" isə öz meydançasında "Malyorka"nı məğlub edib - 1:0.

İdman.biz